Qonşu ölkələrlə yüksək səviyyədə əlaqələrin qurulması Azərbaycan üçün həmişə prioritet olub
Tarix: 24-02-2022 | Saat: 14:55
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Həmişə digər dövlətlərlə mehriban, işğuzar qonşuluğa önəm verib. Lakin Ermənistan respublikası dəfələrlə Azərbaycana torpaq, ərazi iddiası ilə hücum edib. 30 ildən artıq Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığına baxmayaraq, həmin müddət ərzində erməni əsgərləri durmadan təmas nöqtələrini və yaxın ərazilərdə yaşayan dinc əhalini atəşə tutub.
Heç bir bəyannaməyə əhəmiyyət verməyən ermənilərin Azərbaycanın ərazilərini geri qaytarmaq niyyətində olmadığını görən Azərbaycan dövləti nəhayət öz daxili gücü ilə erməni əsarəti altında əsir qalan torpaqlarını müharibə yolu ilə geri aldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin, əlaqələrin qurulmasını prioritet vəzivələrdən hesab edib. Xarici siyasətində multilaterizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verib.
Qonşu ölkələrlə hərtərəfli dostluq, əməkdaşlıq Azərbaycanın haqlı işində Zəfər qazanmasında böyük rol oynayıb. Heç bir yaxın qonşu ölkələrlə normal münasibət qura bilməyən Ermənistan isə yalnız bəzi havadarlarına arxayın olaraq “Böyük Ermənistan” xülyası ilə qonşulara hücum edib.
Azərbaycan Möhtəşəm Zəfər qazanaraq öz torpaqlarını geri qaytardıqdan sonra azad edilmiş Qarabağda Azərbaycan ilk dəfə xarici dövlət başçısını qarşılayıb. Şuşada 2021-ci il iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannamə”sini imzalayıblar. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü və Qarabağ, Zəngəzur üçün çox vacib, əhəmiyyətli sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edilməsinin də rəmzi mənası var idi. Bu müttəfiqlik münasibətləri ölkəmizin əlavə zəmanət əldə etməsi demək idi.
Azərbaycan türkdilli dövlətlərlə saziş bağlamaqla öz milli kimliyinə, kökünə önəm verir. Azərbaycanın qonşu Gürcüstan və İran İslam Respublikası ilə, eyni zamanda Avropa İttifaqı ilə də münasibətləri yüksək səviyyədədir.
Çox sevindirici haldır ki, Azərbaycana yüksək etimad göstərilir. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və bununla belə heç bir bloka qoşulmur. Digər ölkələrlə olduğu kimi Azərbaycan həm də Ermənistanla da münasibətlərin normalaşması üçün lazımı işlər görür.
Rusiya ilə Azərbaycan dövlətləri və eyni zamanda Rusiya Federasiyanın Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında illərdən bəri yüksək səviyyədə dostluq və əməkdaşlıq formalaşıb.
Ölkələrimiz arasında həmişə mədəni, iqtisadi, humanitar əlaqələr olub. Rusiya Federasiyasında minlərlə Azərbaycanlı yaşayır, işləyir və təhsil alır. Azərbaycanda da əsrlərdən bəri ruslar azərbaycanlılarla birgə bərabər hüquqda yaşayıb.
Azərbaycanda insanlar arasında rus dilinə böyük maraq var. Odur ki, respublikamızda rus məktəblərinin sayı artıq 340-a çatıb. Digər Azərbaycan məktəblərində də xarici dil kimi rus dili dərsi keçirilir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı işlərdə Rusiya şirkətləri də iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunu üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya və digər məsələri də əhatə edəcək.
Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycanın birgə səyləri ilə Qafqazda sülhün Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaq”.
Şəhla Ağbulud
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025