Mobil versiya
Qazaxın 122 ha ərazisi minalardan təmizlənib
Tarix: 04-09-2025 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qazaxın 122 ha ərazisi minalardan təmizlənib

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində bu ilin yanvar-avqust aylarında 122 ha ərazi minalardan təmizlənib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə 309 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.

İcra edilən əməliyyatlar zamanı 180,8 ha ərazi təmizlənib, 1,038 ədəd piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

"Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir. Partlayış nəticəsində əsasən aşağı ətrafların amputasiyası və partlayış dalğasının təsirindən bədənin müxtəlif hissələrinə xəsarətlər yetirir", - məlumatdan qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2025