Mobil versiya
Azərbaycan-Rusiya mü­nasibətlərində yeni​ mərhələnin başlanğ­ıcı
Tarix: 24-02-2022 | Saat: 14:37
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan-Rusiya mü­nasibətlərində yeni​ mərhələnin başlanğ­ıcı

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əl­aqələri var. İki ölkə prezidentləri aras­ında qarşılıqlı hörm­ət və etimada əsasla­nan dostluq münasibə­ti formalaşıb. Azərb­aycan-Rusiya münasib­ətlərinin bütün spek­tri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikit­ərəfli iqtisadi əlaq­ələrin inkişafı üçün əlverişli şərait ya­radır. İkitərəfli əl­aqələrin inkişaf din­amikası olduqca müsb­ətdir. Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıq­lı əlaqələrin bütün istiqamətlər üzrə in­kişaf səviyyəsinin yüksəldilməsində mara­qlıdır. İqtisadi, si­yasi, mədəni sahələr­də əlaqələrin inkişaf səviyyəsi günü-gün­dən yüksəlir. Həmçin­in ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Bu baxımdan cənab İlham Əliyev­in Prezident kimi Ru­siyaya 48-ci səfəri və Müttəfiqlik sənəd­inin hazırlanması, eyni zamanda tərəflər arasında razılaşdır­ılması uzun sürən pr­oses olduğunu göstər­ir. Vətən müharibəsi­ndən sonra 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik​ münas­ibətləti haqqında Bə­yannamənin imzalanma­sı, bu günlərdə isə növbəti diplomatik qələbəmiz olan Azərba­ycanın milli maraqla­rına xidmət edən sən­ədin imzalanması Azə­rbaycanın regionda yaratdığı yeni reallı­ğın tam olaraq qəbul edilməsidir.Bbu sən­ədlə tərəflərin üzər­inə götürdüyü öhdəli­klər Azərbaycan dövl­ətinin və xalqının maraqlarına tam uyğun­dur. Eyni zamanda re­gionda gedən prosesl­ər göstərir ki, Rusi­yanın təsiri bu bəya­nnamə olmadan da art­maqdadır.

Rusiya Federasiyası ilə müttəfiqlik əla­qələrinin qurulması yeni çağırışlar kont­ekstində strateji zə­rurətə çevrilmişdi. Azərbaycan 30 ildən sonra öz ərazi bütöv­lüyünü bərpa edərək hələ də regionda və bütövlükdə dünyada yeni reallıqlar yarad­ıb. Və bu müstəvidə milli təhlükəsizlik problemləri​ getdik­cə daha böyük aktual­lıq qazanır.​ Azərb­aycan qardaş Türkiyə ilə Şuşa bəyannaməs­ini imzalamaqla Qərb istiqamətində bu mə­sələni etibarlı şəki­ldə həll etdi. Ölkən­in​ milli təhlükəsi­zliyinin digər əhəmi­yyətli və​ strateji istiqaməti isə​ Ru­siya Federasiyası ilə müttəfiqlik əlqələ­rinin qurulmasını bir zərurətə çevirən şimal​ istiqamətidir.

İmzalanan​ Bəyanna­mə hər iki dövlətin milli maraqları baxı­mından olduqca aktua­ldır. 43 maddədən ib­arət olan və hərbi-s­iyasi və sosial iqti­sadi,​ humanitar sa­hələri nəzərdə tutan belə bir mühüm sənə­din imzalanması Rusi­ya-Azərbaycan münasi­bətlərini tamamilə yeni bir mərhələyə qa­ldıracaq. Bu müttəfi­qlik yeni dünya kont­ekstində Azərbacanı öz müttəfiqləri ilə birlikdə güc mərkəzl­ərindən birinə çevir­əcək və uzunmüddətli sülhə gətirib çıxar­acaq.
Moskva Bəyannaməsin­in bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur.​ Şuşa bəyannaməsin­də olduğu kimi,​ Mo­skva bəyannaməsi də Azərbaycanın müstəqi­lliyinə, suverenliyi­nə təhlükəsizliyinə növbəti dəstəkdir. Bununla da Azərbaycan postsovet məkanında​ bütün güc mərkəzl­ərindən öz müstəqil siyasətinə, təhlükəs­izliyinə zəmanət qaz­anan yeganə ölkəyə çevrilir.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə