Mobil versiya
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz saxlanıldı
Tarix: 22-02-2022 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz saxlanıldı

Belə tədbirlərdən biri kimi, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2022-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024