Mobil versiya
Aqiyə Naxçıvanlı təəssüratlarını bölüşdü: Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər...
Tarix: 22-02-2022 | Saat: 13:38
Bölmə:Gündəm | çapa göndər

Aqiyə Naxçıvanlı təəssüratlarını bölüşdü: Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər...

Oğuzda olarkən hər dəfə ilk ziyarətini Oğuz ictimaiyyəti və Şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanından başlayan deputat Aqiyə Naxçıvanlı bu dəfə abidəni onlarla bərabər həm də dairə üzrə onun seçiciləri olmayan, lakin öz seçiciləri qədər diqqət göstərdiyi Xocalılarla yad etməklə başladı. Öncə bütün şəhidlərin ruhuna dualar oxundu, sonra isə qəbirləri bir-bir ziyarət edildi, önlərinə gül dəstələri qoyuldu.
Bəlkə də sözlə ifadə zamanı bu bir qədər bədii səslənə bilər, ancaq Xocalıların üzlərindəki ifadəni canlı görmək bir insanın içini coşduran, məmnunluq hissi ilə qürurlandıran, minnətdarlıq hissi ilə “mənim də canım sizlərə fəda olsun, ey şəhidlər” deyərək hayqırmaq kimi hisslərin məcmusu idi. Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər... Çünki onların 30 il bundan öncə Xocalıda yaşadıqları zülmün qısasını bu şəhidlər almışdılar. Sanki şəhidlər Xocalıları 30 ildir içində cabaladıqları “qaranlıq quyu”dan çıxarmışdılar. Onların duman çökmüş gözlərinə parlaqlıq, qəlblərinə qürur bəxş etmişdilər. Bu ziyarət şəhidləri yad etməklə bərabər, həm də minnətdarlıq ziyarəti idi.
Xiyabanın önündə deputat Aqiyə Naxçıvanlı Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbədən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarının erməni işğalçılarından birdəfəlik azad olunmasından və 44 gün ərzində zəfərlə sona çatan Vətən müharibəsində Oğuzun qəhrəman oğullarının igidliklə vuruşmasından ətraflı danışmışdır. Onların rəşadətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək neçə-neçə orden, medal, fəxri adlarla təltif olunmasından, xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə adlarına məktəb, küçə, bulaq, abidə komplekslərinin tikilməsindən, “Zəfər tarixi”mizin yazılmasından geniş söhbət açmışdır. Həmçının şəhid ailələrinin mənzillə təminatı sahəsində ciddi işlərin aparıldığını diqqətə çatdırmışdır.

Tədbirdə olan şəhid valideynləri və Xocalı sakinləri onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, Respublika rəhbərliyinin - xüsusilə cənab Prezidentimizin şəhid ailələri və qazilərin sosial problemləri ilə bilavasitə maraqlanmasını, həlli üçün konkret tapşırıqlar verməsini, hər rayonda şəhidlərimizin uyuduğu Xiyabanların, onların xatirəsinə ucaldılmış abidələrin, Bakı şəhərində Zəfər muzeyinin tikilməsini yüksək diqqətin bariz nümunəsi olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, artıq şəhid ailələrinin elektron ev növbəsi layihəsi üzrə qeydiyyat işlərinə də başlanılmışdır.

Tədbirin sonda Şəhid ailələri, qazilər, doğma yurd yuvalarına qayıdacağı günü gözləyən Xocalı sakinləri və Oğuz ictimaiyyətinin nümayəndələri tərəfindən qeyd olunmuşdur ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə çox minnətdardırlar. Onların yaratdığı birlik sayəsində ölkəmiz dünya xalqları arasında özünəməxsus yer tutduğunu təsdiqləmişdir. Artıq Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib, Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır!

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024