Mobil versiya
Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır - Baş prokuror
Tarix: 22-02-2022 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır -

Biz prokurorluq olaraq etik normalar çərçivəsində tənqid və iradlara açığıq. Lakin xoşagəlməz üslub qəbuledilməzdir. Bəzən mediada məlumatlar insanı qıcıqlandırıcı tərzdə təqdim olunur.

aia.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, gündəmə gəlmək üçün sensasiya xarakterli məlumatlar olmamalıdır:

"Prokurorluq insan hüquqlarının qorunmasını da təmin edir. Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib. Bəzi hallar olub ki, biz media nümayəndələrini, bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik. Bəzən barələrində inzibati işlər başlamışıq.

Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır”.

O qeyd edib ki, media nümayəndəsinin peşəkarlığına üstünlük verilir:

"Prokurorluq orqanı olaraq düşünürük ki, media fəaliyyətində sifarişli yazı, kiminsə kiməsə qarşı əsassız ittihamları doğru deyil. Gündəmdə qalmaq üçün sensasiya xarakterli məlumatlar yaratmaq üçün belə addım atılmamılıdır",- K.Əliyev bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024