Mobil versiya
Anar: "Ramiz Mehdiyevlə bağlı mənim adımdan yayılan fikirlər uydurmadır”
Tarix: 21-02-2022 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər

Anar:

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə bağlı məsələyə sosial şəbəklərdə onun adından yayılan fikirlərin uydurma olduğunu bildirib.

“Mən Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə əlaqədar heç bir mətbuat orqanına, heç bir sayta, heç bir jurnalistə fikir bildirməmişəm. Mənim adımdan bununla bağlı sosial şəbəkələrdə yayılan fikirlər uydurmadır. Görünür, bu uydurma kiməsə Anara qarşı növbəti təxribat üçün lazım imiş”, – deyə Xalq yazıçısı “525”ə açıqlamasında vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəklərdə yayılan xəbərlərə görə, Xalq yazıçı Anar akademik Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən istefası məsələsinə mövqeyini açıqlayıb və guya ki, Ramiz Mehdiyevin vəzifədən vaxtında getməli olduğunu deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024