Mobil versiya
Manaf Manafov: “Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanı bütün dünyaya tolerantlığın ünvanı kimi tanıtmışdır”
Tarix: 20-02-2022 | Saat: 17:01
Bölmə:Gündəm | çapa göndər

Manaf Manafov: “Mehriban xanım Əliyevanın fəaliyyəti  Azərbaycanı bütün dünyaya tolerantlığın ünvanı kimi tanıtmışdır”

“Mehriban xanım Əliyevanın Vətəninə və xalqına sonsuz sevgisi, Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqəti, milli-mənəvi dəyərlərimizə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva artıq beş ildir ki, bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi,YAP Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Manaf Manafov deyib.

Müsahibimiz qeyd edib ki, ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən referendum Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Prezident İlham Əliyevdən gələn təkliflərin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Bununla da 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il olub: “Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Artıq beş ildir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb.”

Həmçinin Manaf Manafov qeyd edib ki, ötən illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır: “Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.”

Daha sonra müsahibimiz Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələrdən danışaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün indiyədək yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Həmçinin Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan başqa Birinci vitse-prezidentin rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Eyni zamanda Fond Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır” – deyə M.Manafov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024