Mobil versiya
Fuad Əliyev: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti əsl mərhəmət və humanistlik nümunəsidir”
Tarix: 21-02-2022 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər

Fuad Əliyev: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti əsl mərhəmət və humanistlik nümunəsidir”

“Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində kimya elmləri doktoru, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev deyib.

Msahibimiz Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyətinin dövlət idarəçilik sisteminə müasirlik qatdığını vurğulayaraq, məhz bu təyinatdan sonra dövlət idarəçiliyində peşəkarlıq amilinin aktuallığının daha da artdığını qeyd edib: “Məlum olduğu kimi, Azərbaycanda Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrinə görə yaradılmışdır. Qeyd etmək lazımdır ki, dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmin keçirilən Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən dövlətimizin başçısı demişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Həqiqətən də Mehriban xanım Əliyevanın mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə, zəngin mədəniyyətimizin təbliğinə, müxtəlif istiqamətlərdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin reallaşdırılmasına yönəldilmiş fəaliyyəti bu gün Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini səciyyələndirən əsas cəhətlər kimi dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni qeyd etmək olar.”

Əməkdaşımızın suallarını cavablandıran AMEA-nın Gəncə bölməsinin sədri Mehriban xanım Əliyevanın çoxsaylı təşəbbüsləri ilə həyata keçirilmiş və Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələrdən danışaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün indiyədək yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Həmçinin Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan başqa Birinci vitse-prezidentin rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Eyni zamanda Fond Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Birmənalı olaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Ölkə Prezidenti cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.”

Daha sonra Fuad Əliyev vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur: “Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış minnətdarlıq məktublarının sayı sonsuzdur. Bir məqamı da qeyd etmək lazımdır ki, xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024