Mobil versiya
Ana və iki övladını qətlə yetirən şəxs məktəb direktoru işləyib
Tarix: 21-02-2022 | Saat: 13:26
Bölmə:Gündəm | çapa göndər

Ana və iki övladını qətlə yetirən şəxs məktəb direktoru işləyib

Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Bu barədə AİA.Az-ın sorğusuna cavab olaraq Saatlı Rayon Təhsil Şöbəsindən məlumat verilib.

"Qətli törədən şəxs 2015-ci ilə qədər məktəb direktoru vəzifəsində çalışıb. Direktor vəzifəsindən azad edildikdən sonra Sabirabad rayonunda yaşayırdı", - məlumatda deyilir.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024