Mobil versiya
Təranə Rəcəbli: “Ölkəmizdə Birinici vitse-prezidentin bilavasitə təşəbbüsü ilə təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir”
Tarix: 21-02-2022 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər

Təranə Rəcəbli: “Ölkəmizdə Birinici vitse-prezidentin bilavasitə təşəbbüsü ilə təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir”

“Bu gün qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi diqqət və qayğısı bu insanlar üçün böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.”

Bu sözləri mətbuata açıqlamasında Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, ötən beş il ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır: “Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən referendum Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Prezident İlham Əliyevdən gələn təkliflərin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Bunu referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrindən də görmək mümkündür. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, referendumda ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan maddəyə seçicilər yüksək dəstək nümayiş etdiriblər. Beləliklə də 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il olub. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Artıq beş ildir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb.

Birinci vitse-prezidentin rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirib. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.”

Daha sonra Təranə Rəcəbli deyib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini istiqamətləndirən əsas amildir: “Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti həm ölkə rəhbərliyi, həm də xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə Fransanın “Şərəf Legionu” ordeni, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” və Böyük Xaç Kavaleri ordenləri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı kimi ali beynəlxalq mükafatlar vardır. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Azərbaycanın Birinci vitse-prezidenti özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.”

Təranə Rəcəbli bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur: “Ölkəmizdə Birinici vitse-prezidentin bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Fondun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, bu təsisat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bir məqamı da qeyd etmək lazımdır ki, xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024