Mobil versiya
Mehriban xanım Əliyevanın ictimai-siyasi mövqeyi hər kəs üçün nümunədir
Tarix: 20-02-2022 | Saat: 11:00
Bölmə:Gündəm | çapa göndər

Mehriban xanım Əliyevanın ictimai-siyasi mövqeyi hər kəs üçün nümunədir

Azərbaycanın birinci xanımı UNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti səmərəli və çoxşaxəlidir. Mehriban xanım Əliyeva bir-birindən fərqli, səmərəli layihələrin müəllifi kimi insanların yaxın dostuna çevrilmiş və xalqın böyük rəğbət və məhəbbətini qazanmışdır.

Mehtiban xanım Əliyevanın fədakarlığı, məsuliyyətliliyi, qarşıya qoyduğu məqsədə inamla addımlaması, içtimai-siyasi mövqeyi hər kəs üçün nümunədir.
Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən layihələr və görülən işlərin əsas istiqamətini mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir.

Mehriban xanım Əliyeva tez-tez xalq arasında olur, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşür. Onlarla söhbətlər aparır, insanları narahat edən məsələlərin həllinə yardım göstərir. Uşaqların qayğısına qalır. Məhz Birinci Vitse-prezidentimizin qayğı və göstərişi ilə respublikamızda valideyn himayəsindən məhrum olan uşaqlar üçün geniş şərait yaradılır. Onların vətənə layiqli övlad kimi böyümələri üçün uşaq evləri, reabilitasiya mərkəzləri tikilib istifadəyə verilir. Uşaq evini müəyyən yaşdan sonra tərk edən gənclərin yaşamaları üçün məzun evləri istifadəyə verilir.
Respublikamızın ucqar kəndlərində yeni standartlara uyğun məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilib istifadəyə verilir.
Heydər Əliyev Fondu səmərəli, genişmiqyaslı tədbirlərə ev sahibliyi edir, eyni zamanda bir çox layihələrin müəllifi olaraq yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edir. Respublikamızda və respublikadan kənarda xeyriyyə işləri görür. Qayğıya ehtiyacı olanlara köməklik göstərir. Azərbaycanın milli dəyərlərini qorumaq üçün Azərbaycanda və dünya miqyasında bir çox qlobal işlər görür. Azərbaycan həqiqətlərini israrla bütün dünya içtimaiyyətinə çatdırır.

2004-cü ildə Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra UNESKO və Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etməyə başladı. Məhz Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer alıb.

Muğam, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi bu təşkilatın Azərbaycan Respublikası ilə davamlı və sıx əməkdaşlığın göstəricilərindəndir.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs siyahısına daxil edilməsi də Mehriban xanım Əliyevanın bu sahədə geniş fəaliyyəti nəticəsində olmuşdur.
Müsbət enerjili, zəngin təşkilatçılıq bacarığlı, mərhəməti, vətənini, xalqını qəlbən sevən və xalqına daim xidmət edən, Azərbaycanın maddi-mənəvi dəyərlərini bütün dünyaya tanıdan Mehriban xanım Əliyeva 2017-ci ilin fevral ayının 21-də Birinci Vitse-prezident vəzifəsinə təyin edildi.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi özünün ilk çıxışında bunları söyləmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2007-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun və İSESCO-nun Xoşməramlı səfiri olması onun xalqın rəğbətinə səbəb olmuş fəaliyyət istiqamətləridir.
Birinci Vitse-prezidentin misilsiz fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeni və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva xarici dövlətlərin, o cümlədən Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin Birinci xanımları, eyni zamanda dövlət idarəetmə orqanlarında yüksək vəzifə tutan xanımlarla işğüzar görüşlər keçirmişdi.
Mehriban xanım Əliyeva həm də xarici ölkələrin ali dövlət mükafatlarına layiq görülmüşdür. Onlardan Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə”, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Rus Pravoslav Kilsəsinin II-ci dərəcəli Müqəddəs Mələksima, UNESKO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin “Qızıl ürək” mükafatı və bir çox fəxri mükafat və diplomları sadalamaq olar.

Azərbaycanın birinci xanımının beynəlxalq aləmdə olan nüfuzu, aldığı yüksək mükafatlar xalqımıza başucalığı gətirir.
44 günlük vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ərazilərimiz işğalçı düşməndən təmizləndi. Lakin erməni vandalları 30 il müddətində işğal altında saxladıqları ərazilərimiz dağıdıb, yerlə-yeksan etmişdi. Tarixi, mədəni, dini abidələrimizəə ziyan vurmuşdular.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demək olar ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə səfərdə olub.
İşğal zamanı erməni vandalları tərəfindən uçurub-dağıtdıqları məscidlərimizi və bir sıra mədəni abidələrimizin yenidən bərpa edilməsi işini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Fond eyni zamanda vətən müharibəsində qazi olmuş insanların müalicəsi və onların müasir protezlərlə təmin olunması ilə də məşğul olur.

Mehriban xanım Əliyeva dünyada Azərbaycan qadınının ən görkəmli simvoludur.

Şəhla Ağbulud



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024