Mobil versiya
Könül Nurullayeva seçicilərinin şikayətlərini dinləyib
Tarix: 20-02-2022 | Saat: 10:19
Bölmə:Gündəm | çapa göndər

Könül Nurullayeva seçicilərinin şikayətlərini dinləyib

Millət vəkili Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

K.Nurullayeva qəbul zamanı vətəndaşla fərdi qaydada görüşərək, onların şikayət və problemləri ilə yaxından maraqlanıb. Belə ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının dam örtüyünün təmir olunması, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, diabetli uşaqların sağlamlıq məsələlərinin aradan qaldırılmasına dəstəyin göstərilməsi, vətəndaşların işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Nəzərinizə çatdıraq ki, deputat Könül Nurullayeva səlahiyyətləri çərçivəsində bütün vətəndaş müraciətlərini qeydiyyata götürülüb və onları ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024