Mobil versiya
YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir - FOTOLAR
Tarix: 17-02-2022 | Saat: 18:07
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Daşkəsən rayon təşkilatı ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir

aia.az xəbər verir ki, 17 fevral 2022-ci il tarixdə Zağalı,Xoşbulaq və Qazaxyolçuyar ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Ərazi partiya təşkilatlarının sədrləri keçən dövrü əhatə edən məruzələrdə 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun möhtəşəm qələbəsindən,işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti,quruculuq və abadlıq işlərindən,partiyamızın VII Qurultayından sonra ərazidə yaşayan sakinlərin daha fəal şəkildə partiya sıralarına qəbul üçün müraciət etmələrindən,qəbul olunmuş yeni Nizamnamə və üzvlük haqlarının ödənilməsindən və məbləğindən yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verdilər.

Yığıncaqlarda YAP rayon təşkilatının məsul işçiləri Sərdar Xıdırov və Elşən Alıyev iştirak etdilər.

Bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024