Ana Sayfa > Seçki 2024 > YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir


17-02-2022, 18:07. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatı ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir

aia.az xəbər verir ki, 17 fevral 2022-ci il tarixdə Zağalı,Xoşbulaq və Qazaxyolçuyar ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Ərazi partiya təşkilatlarının sədrləri keçən dövrü əhatə edən məruzələrdə 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun möhtəşəm qələbəsindən,işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti,quruculuq və abadlıq işlərindən,partiyamızın VII Qurultayından sonra ərazidə yaşayan sakinlərin daha fəal şəkildə partiya sıralarına qəbul üçün müraciət etmələrindən,qəbul olunmuş yeni Nizamnamə və üzvlük haqlarının ödənilməsindən və məbləğindən yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verdilər.

Yığıncaqlarda YAP rayon təşkilatının məsul işçiləri Sərdar Xıdırov və Elşən Alıyev iştirak etdilər.

Bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.

aia.az
Geri dön