Mobil versiya
Azərbaycanda daha 50 aqroturizm subyekti yaradılacaq - Orxan Məmmədov
Tarix: 17-02-2022 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda daha 50 aqroturizm subyekti yaradılacaq - Orxan Məmmədov

Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

AİA.Az-ın məlumatına görə, bunu Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılmasına dair tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır:

"Qeyd etmək istərdim ki, 2021-ci ilin may ayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilmişdir. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilmişdir. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur", - O.Məmmədov bildirib.

KOBİA sədri qeyd edib ki, ümumilikdə, aqroturizmin dəyər zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiyalı fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Yeni layihələrin hazırlanması, qarşıya çıxan çağırışların həll olunması və səylərin birləşdirilməsi üçün mütəmadi müzakirə platformasının yaradılması, düşünürəm ki, vacib amildir. Aqroturizm yeni sahə olduğu üçün onun təşviqinə xüsusi diqqət yetirilmədir. Bu gün, qlobal səviyyədə turizm sənayesində çalışan böyük şirkətlər aqroturizm seqmentinə kifayət qədər böyük sərmayələr yatırırlar. Yerli və xarici investorların bu sahəyə cəlb edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Müvafiq sahədə sahibkarların və obyektlərin hazırlanması ilə yanaşı, satış kanallarının genişləndirilməsinə də ciddi zərurət vardır. Bu baxımdan, tur-operatorlar maraqlı paketlər hazırlamalı və yeni marketinq siyasətləri formalaşdırılmalıdır. Bu gün, ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır", - Agentlik sədri deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024