Mobil versiya
ABŞ şirkətləri Qarabağda minaların təmizlənməsində iştirak edə bilər
Tarix: 16-02-2022 | Saat: 17:42
Bölmə:Gündəm | çapa göndər

ABŞ şirkətləri Qarabağda minaların təmizlənməsində iştirak edə bilər

ABŞ şirkətləri Qarabağda minaların təmizlənməsində iştirak edə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"Mən Ağdam və Zəngilanda oldum, problemin miqyasını gördüm. Biz Azərbaycan Minatəmizləmə Agentliyi ilə sıx əməkdaşlıq edirik. Bu, böyük layihə olacaq. Mən istərdim ki, ABŞ şirkətləri bu prosesdə rol oynasın. Fikrimcə, hökumət indi bu məsələni nəzərdən keçirir. Orada yerli resurslardan istifadəyə üstünlük verilir. Amma ABŞ şirkətlərinin bəzi texnologiya və üsulları var ki, hökumət üçün maraq kəsb edə bilər. Bir müddət əvvəl ABŞ hökuməti regionda bu problemin həlli üçün 500 min dollar vəsaitin ayrılması barədə elan edib. Bundan başqa, "Marshall Legacy Institute" qeyri-hökumət təşkilatı hökumətlə və Azərbaycan Minatəmizləmə Agentliyi ilə işləyir. "Marshall Legacy Institute" minaların tapılması üçün itlər təqdim edir. Bu il artıq 30-a yaxın it təhvil verilib", - deyə səfir bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024