Mobil versiya
Musa Abbasov: “Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanı daha güclü edəcək”
Tarix: 16-02-2022 | Saat: 16:43
Bölmə:Gündəm | çapa göndər

Musa Abbasov: “Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanı daha güclü edəcək”

“Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin nəticəsi olaraq işğaldan azad olunmuş ərazilərində iri miqyaslı bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir. Həmin rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin bilavasitə dövlət başçısının nəzarətində və xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Həyata keçirilən iri miqyaslı laihələr, görülən kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərlə yanaşı qonşu rayon və bölgələrin də inkişafına yeni dinamika gətirir. O cümlədən fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Həmçinin dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün dünyaya növbəti mesaj ünvanlayıb.”

Bu sözləri AİA.Az saytına verdiyi açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Baş direktoru, Tibb üzrə fəlsəfə doktoru Musa Abbasov deyib.

Müsahibimiz qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər ümumilikdə bölgənin sürətli inkişafına güclü təkan verəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. O cümlədən Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”.

Həmçinin M.Abbasov bu gün Qarabağda yerli və beynəlxalq turizmin inkişf etdirilməsi üçün böyük potensial olduğunu və bu potensialın reallaşdırılması üçün dövlətimiz tərəfindən əhəmiyyətli məqsədyönlü iş aparıldığını vurğulayaraq bunları deyib: “Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir. O cümlədən Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev burada “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası birmənalı olaraq bütün bölgənin turizm potensialının inkişafına mühüm töhfə olacaq. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.”.

Daha sonra müsahibimiz belə bir məqamı da qeyd edib ki, işğaldan azad olunmuş Ağdam rayonunda bu ərazilərin əzəli sakinlərinin yenidən məskunlaşmaları məqsədilə atılan əhəmiyyətli addımlardan biri də bölgədə yeni yaşayış binalarının tikintisi ilə bağlıdır: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri çərçivəsində baş vermiş daha bir əlamətdar hadisə də dövlətimizin başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Xəbər verildiyi kimi, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin fevralın 13-də açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Əlbəttə ki, bu gün Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ağdama səfəri zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. O cümlədən Ağdamın və Füzulinin Baş planları artıq təsdiq edilib və bu rayonların ictimaiyyəti həmin Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaq. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərini inamla dirçəldir və artıq çox az bir müddətdən sonra həmin torpaqlar ölkənin ən gözəl və səfalı bölgələri kimi tanınacaqlar.”

Prezident İlham Əliyevin çıxışında bu gün hələ də yaranmış yeni reallıqları inkar etməyə çalışan, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa cəhd göstərən bəzi qüvvələrə ünvanlanan növbəti xəbərdarlıq mesajının da yer aldığını vurğulayan Musa Abbasov müsahibəsinin sonunda qeyd edib ki, Azərbaycan heç vaxt Cənubi Qafqazda erməni faşizminin yenidən dirçəlməsinə yol verməyəcək: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bir daha bildirdi ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Bununla belə heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır. Bu gün regionda qeyri-sabitlik yaratmağa meyilli olan qüvvələr hələ də Cənubi Qafqazda gedən mütərəqqi prosesləri əngəlləməyə çalışırlar. Bu, ilk növbədə əlbəttə ki, Ermənistanda mövcud olan və xalqı qeyri-real revanşist ideyalarla yenidən və bu dəfə artıq daha dərin uçuruma doğru aparmağa çalışan qüvvələrə aiddir. Lakin bu qüvvələr də bilməlidirlər ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməlidir və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələ biləcəyini də hər kəs dərk etməlidir. Bu gün Prezident İlham Əliyev tərəfindən görülən işlər, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələr bu gücün onları hər zaman əzməyə qadir olduğunu unutmamalıdırlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə