Mobil versiya
DİN Ağcabədidəki qətl barədə məlumat yayıb
Tarix: 12-02-2022 | Saat: 11:20
Bölmə:Gündəm | çapa göndər

DİN Ağcabədidəki qətl barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı açıqlama yayıb.

AİA.Az-ın məlumatına görə, məlumatda deyilir:

"2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılılıb.

Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Qeyd edək ki, Əfsanə Cəfərova 1 fevral 2022-ci il tarixində “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024