Novruzəli Aslanov: “Azərbaycanın enerji sahəsində mövqeləri getdikcə daha da güclənir”
Tarix: 11-02-2022 | Saat: 19:15
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyev fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində görülən işlər barədə ətraflı açıqlamalar təqdim etdi. Dövlət başçımız bu sahədə Azərbaycanın böyük potensiala sahib olduğunu və bu imkanların tezliklə reallaşması istiqamətində gərəkli addımların atıldığını vurğuladı. Həqiqətən də bu gün artıq bir çox böyük xarici şirkətlər də Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına sərmayə yatırmaq niyyətlərini bildirirlər. Əlbəttə ki, bu, ilk növbədə ölkəmizdə yaradılmış əlverişli və təhlükəsiz investisiya mühiti bağlıdır. Eyni zamanda da Azərbaycanın ötən illər ərzində formalaşmış etibarlı tərəfdaş imici investorları ölkəmizə cəlb edir.
Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda qaza və ümumiyyətlə enerji daşıyıcılarına daxili tələbatın artması, eləcə də qonşu ölkələrə elektrik enerjisinin ixracında müşahidə olunan artım bərpa olunan enerji növlərinin istehsalı məsələsinə diqqəti daha da artırıb: “Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Lakin bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana da elektrik enerjisi ixrac edir. Həm də bu ixracın həcmi getdikcə artır. İkinci bir tərəfdən Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olması, yəni əhalinin sayının getdikcə artmasıdır. Həmçinin sənayenin inkişafı və əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bir sözlə qaza və enerjiyə tələbat getdikcə artır və bu da bərpaolunan enerji növlərinin istehsalına marağı artırır. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox təbii qaza qənaət etməyə imkan verə bilər. Buna görə də bu məqsədlərə böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər kifayət qədər yüksəkdir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Lakin hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Dövlət başçımız da öz müsahibəsində qeyd etdi ki, bu gün artıq dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və onlardan konkret təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək, yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək. Beləliklə, Azərbaycan enerji sahəsində çox yüksək potensiala sahibdir və bu potensial həm daxili, həm də ixrac tələbatlarının ödənilməsinə yönəldiləcək” – deyə N.Aslanov bildirib.
Millət vəkili həmçinin qeyd edib ki, cəmi bir həftə ərzində Azərbaycanda ardıcıl iki böyük enerji obyektinin istifadəyə verilməsi bu sahədə ölkəmizdə görülən işlərin iri miqyasından xəbər verir: “Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdi ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Həmçinin fevral ayının 8-də dövlətlərarası strateji əhəmiyyətə malik “Yaşma” qovşaq yarımstansiyasının açılışı olmuşdu. Beləliklə, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində çox böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya, əlbəttə ki, ölkənin enerji sistemində önəmli yer tutacaq. “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi isə generasiya güclərini böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Diqqətəlayiq bir məqam da budur ki, bu nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, ölkəmizin çox güclü texniki potensialı, kadr potensialı var. Bu açılışlar birmənalı olaraq sübut edir ki, bu gün, dünyada iqtisadi və maliyyə böhranının hələ də başa çatmadığı bir dövrdə belə, Azərbaycan sırf öz imkanları hesabına nəhəng obyektlərin inşasını həyata keçirmək iqtidarındadır. Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bu obyektlərin istifadəyə verilməsi ölkəmizin həm maliyyə müstəqilliyindən xəbər verir, həm də respublikanın texniki imkanlarını nümayiş etdirir. Əminliklə demək olar ki, Azərbaycanda son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb və bu işlər bundan sonra da uğurla davam etdiriləcək. Çünki daima artan həm daxili, həm də xarici tələbat bunu diktə edir” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025