Mobil versiya
Trampdan Konqresə təzyiq: 350 milyard dollarlıq nəhəng hərbi paket tələb edir
Tarix: 11-06-2026 | Saat: 18:11
Bölmə:Özəl | çapa göndər

Trampdan Konqresə təzyiq: 350 milyard dollarlıq nəhəng hərbi paket tələb edir



ABŞ Prezidenti Donald Tramp Konqresdəki respublikaçılara çağırış edərək Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 350 milyard dollarlıq əlavə büdcə paketinin təcili şəkildə qəbul edilməsini istəyib.

Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada bildirib ki, "Recon 3.0" adlı qanun layihəsi dərhal Konqresə təqdim olunmalı və təsdiqlənməlidir. Onun sözlərinə görə, bu paket ABŞ-ın ümumi hərbi büdcəsini 1,5 trilyon dollara çatdırmaq məqsədi daşıyır.

Amerika lideri vurğulayıb ki, əlavə vəsait ölkənin hərbi gücünün modernləşdirilməsinə yönəldiləcək. Layihə çərçivəsində "Qızıl Günbəz" raketdən müdafiə sistemi, "Qızıl Donanma" proqramı, sursat ehtiyatlarının artırılması, yeni nəsil F-47 qırıcıları, B-21 strateji bombardmançıları və pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə Trampın irəli sürdüyü "Amerikanı Xilas Et" təşəbbüsünün əsas müddəaları da daxil edilib. Təkliflər arasında seçkilərdə fotoşəkilli şəxsiyyət vəsiqəsinin məcburi olması, vətəndaşlığın sübut edilməsi, poçtla səsverməyə əlavə məhdudiyyətlərin tətbiqi yer alır.

Sənəddə sosial məsələlərlə bağlı da diqqətçəkən dəyişikliklər nəzərdə tutulub. Belə ki, kişilərin qadın idman yarışlarında iştirakının qadağan olunması və yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatlarının tam dayandırılması təklif edilir.

Tramp hesab edir ki, bu addımlar həm ABŞ-ın müdafiə qabiliyyətini gücləndirəcək, həm də ölkənin daxili siyasətində mühafizəkar islahatların həyata keçirilməsinə şərait yaradacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026