Mobil versiya
Novruz Aslanov İsmayıllıda yubiley tədbirində iştirak edib, seçicilərlə görüşüb -Fotolar
Tarix: 11-06-2026 | Saat: 16:12
Bölmə:Manşet / Özəl | çapa göndər

Novruz Aslanov İsmayıllıda yubiley  tədbirində iştirak edib, seçicilərlə görüşüb

İyunun 11-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi, ustad sənətkar aşıq Elman Mehdiyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, ,tədbirdə Milli Məclisin deputatı Novruz Aslanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və birliyin nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Novruz Aslanov aşıq Elman Mehdiyevin Azərbaycan aşıq sənətinin inkişafı, saz-söz ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki xidmətlərini yüksək qiymətləndirib. Bildirilib ki, yubilyar uzun illərdir xalq yaradıcılığının yaşadılması və təbliği sahəsində səmərəli fəaliyyət göstərir, gənc aşıqların yetişməsinə öz töhfəsini verir.
Tədbirdə aşıq Elman Mehdiyevin həyat və yaradıcılıq yolundan bəhs olunub, onun sənət uğurları və milli-mədəni irsimizin qorunmasındakı xidmətləri vurğulanıb. Yubilyara ünvanlanan təbriklər səsləndirilib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulanıb.

Günün ikinci yarısında Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda seçicilərlə görüşərək vətəndaş qəbulu keçirib. Qəbul zamanı sakinlər onları narahat edən sosial, məişət və digər məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Millət vəkili hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla müvafiq işlərin aparılacağını bildirib.

Görüş zamanı vətəndaşların təklif və fikirləri də dinlənilib, bir sıra məsələlərin operativ həlli üçün müvafiq addımlar atılıb. Qəbul iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə və millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026