Mobil versiya
Ötən il 206 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib - Baş Prokurorluq
Tarix: 07-02-2022 | Saat: 11:36
Bölmə:Gündəm | çapa göndər

Ötən il 206 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib -

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 206.257.561-dir.

Belə ki, 2021-ci ildə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 206.257.561 manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə