Mobil versiya  Cümə axşamı, 6 mart 2025, 02:29:42  
Xocavənddə qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır - RƏSMİ
Tarix: 07-02-2022 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Xocavənddə qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır -

Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən aia.az-a bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

"2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2025