Ana Sayfa > Ölkə > Xocavənddə qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır -
Xocavənddə qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır -7-02-2022, 11:02. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb. Nazirlikdən aia.az-a bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib. Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır. "2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib. aia.az Geri dön |