Mobil versiya
Fariz Babayev: “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması barədə ifadə etdiyi fikirlər xüsusi önəm kəsb edir”
Tarix: 04-02-2022 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Fariz Babayev: “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması barədə ifadə etdiyi fikirlər xüsusi önəm kəsb edir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 2-də Bakıda keçirilmiş Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda etdiyi çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Azərbaycan Gəncləri Gününün bu sahədə həyata keçirilən dövlət siyasətinin effektivliyinə zəmin yaratdığını və bu qərarın ötən əsrin 90-cı illərində gələcəyə doğru atılmış ən önəmli addımlardan biri olduğunu qeyd etdi. Bu gün artıq bütün dünya həmin illərdə Ulu Öndər Heydər Əliyevin atdığı mühüm addımların, verdiyi tarixi qərarların Azərbaycan üçün necə böyük əhəmiyyət kəsb etdiyini görür. Həmçinin Ümummilli Liderimizin əsasını qoyduğu və 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev tərəfindən inkişaf istiqamətiləri daim daha da təkmilləşdirilən gənclər siyasəti hazırda öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə əvəzolunmaz töhfələr verməkdədir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.

Ölkənin Baş Nefroloqu Prezident İlham Əliyevin çıxışında gənclər məsələsilə bağlı bir çox vacib məqamların geniş əhatə olunduğunu qeyd edərək bunları deyib: “Həqiqətən də 25 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Əlbəttə, bunun da öz səbəbləri var idi. Həmin vaxt Azərbaycan çox böyük, ciddi, problemlər qarşısında dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və vasitəçilərin bu məsələni tezliklə ədalət prinsipləri əsasında həll edəcəklərinə hələ böyük ümidlər var idi. Eyni zamanda yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda həyat sürürdülər. Nizami ordusu olmayan Azərbaycan Birinci Qarabağ müharibəsində xaricdən böyük maliyyə və hərbi dəstək alan Ermənistana məğlub olmuşdu. Bütün digər sahələrdə də vəziyyət çox ağır idi. Həmçinin Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Bütün dünyada ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini təhrif edir, regionda baş verən prosesləri dünya ictimaiyyətinə öz maraqlarına uyğun şəkildə təqdim edirdilər. Digər tərəfdən də ölkə iqtisadiyyatı tənəzzül içərisində, dağıdılmış vəziyyətdə idi. Ölkənin gələcəyi böyük sual altında idi. Yalnız 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin kontraktı” imzalandıqdan sonra Azərbaycanın gələcəyə böyük ümidləri yarandı. Həmçinin 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması bu ümidləri bir qədər də artırdı. Lakin bu ümidlərin nə dərəcədə doğrulacağına dair heç bir əminlik yox idi.”

Daha sonra Fariz Babayev xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasəti bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir: “Ölkə üçün belə bir ağır və mürəkkəb vəziyyətdə, 1996-cı il fevralın 2-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bundan bir il sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Həmin vaxt bu qərar bir çoxları tərəfindən anlaşılmazlıqla qarşılandı. Lakin tarix özü göstərdi ki, bu addım gələcəyə sərrast hesablanmış vacib addım idi və bu gün Azərbaycan cəmiyyəti həmin müdrik qərarın möhtəşəm nəticələrinin şahididir. Az öncə də dediyim kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək uğurla həyata keçirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.”

Sonda Fariz Babayev dövlət başçısının milli-mənəvi dəyərlərin qorunması xüsusunda ifadə etdiyi fikirlərin böyük önəm kəsb etdiyini vurğulayaraq bunları deyib: “Öz çıxışında möhtərəm Prezidentimiz tamamilə doğru olaraq belə bir bir məqamı xüsusi vurğuladı ki, bu gün dünyada müşahidə olunan və getdikcə daha çox güc yığan təhlükəli bir tendensiya ölkələrin, xalqların müstəqilliyinə, azadlıqlarına əsil təhdidə çevrilməkdədir. Bu təhdidin adı qloballaşmadır. Hətta son vaxtlar bu terminin özünü leksikondan çıxarmağa çalışsalar da məsələnin mahiyyəti dəyişmir. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Xüsusilə zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və əlverişli strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan böyük dövlətlərin daha çox diqqətini cəlb edir. Əlbəttə ki, Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. Lakin Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Əlbəttə, belə cəhdlər yenə də ola bilər və onların qarşısını effektiv şəkildə ala bilmək üçün Azərbaycan gəncliyi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək. Forumun gedişində Prezident İlham Əliyev milli-mənəvi dəyərlər məsələsinə xüsusi toxunaraq məhz bu konsepsiyanın dövlətimizin əsasında durduğunu xüsusi vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub və dövlətimizin daha da qüdrətli olması, xalqımızın əbədi olaraq azad, müstəqil xalq kimi yaşaması naminə biz bu dəyərləri qoruyub saxlamalı, daim yaşatmalıyıq.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024