Mobil versiya
"AzInTelecom"a yeni sədr təyin olunub
Tarix: 04-02-2022 | Saat: 12:55
Bölmə:Gündəm | çapa göndər

"AzInTelecom"a yeni sədr təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri vəzifəsi Elxan Əzizova həvalə edilib.

Nazirlikdən AİA.Az-a verilən məlumata görə, Elxan Əzizov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.
Nərimanov Rayon İcra Hakimiyyətində əmək fəaliyyətinə başlayan Elxan Əzizov, “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, RİNN-in Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, 22 dekabr 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi "AzInTelecom" MMC-yə birləşdirilməklə "AzInTelecom" MMC yenidən təşkil edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024