Mobil versiya
Təməli qoyulmuş Gəncə Memorial Kompleksinin inşası erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq
Tarix: 03-02-2022 | Saat: 11:06
Bölmə:Gündəm | çapa göndər

Təməli qoyulmuş Gəncə Memorial Kompleksinin inşası erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq

Bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatıb və regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində də bu məsələyə toxunularaq xalqımızın heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmayacağı bildirilmişdir.

Azərbaycan postmünaqişə dövrünün reallıqlarının təsdiqi və təqdimatı istiqamətində biri-birindən mühüm addımlar atmaqla yanaşı, eyni zamanda, informasiya cəbhəsində də mübarizəsini uğurla davam etdirir. Gəncəyə səfəri çərçivəsində cənab Prezident tərəfindən Memorial Kompleksin təməlinin qoyulması özündə bütün məqamları ehtiva edir. Məlum olduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri digər yaşayış məntəqələrimizi raketlərdən atəşə tuturdular. Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyekti olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncəyə qadağan olunmuş silahlardan istifadə etməklə iki dəfə raket zərbələri endirildi. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralanan oldu, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəydi. Bu hücumların məqsədi məlum idi - Azərbaycan xalqını qorxutmaq və ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək. Gəncə Memorial Kompleksi erməni vəhşiliyinin, hərbi cinayətlərinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq. Bu kompleks böyük bir ərazini əhatə edəcək. Diqqət çəkən əsas məqam dağıdılmış binaların olduğu kimi saxlanılmasıdır. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etsə də, törətdiyi vəhşilikləri, cinayətləri heç zaman unutmayacaq. Dövlət başçısı İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində erməni faşizminə şahidlik edən bu dağıdılmış bunaların qarşısında Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi, həmçinin sualları cavablandırarkən səsləndirdiyi fikirlər işğalçı Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajlardır.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız torpaqlarını işğaldan azad etmədi, erməni faşizmini məğlub etdi. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, erməni faşizmi məhv edilməyib, təzahürləri görünməkdədir. Ölkəmiz onun təzahürlərini yer üzündən silmək gücünə malikdir. 30 ilin işğalına 44 günlük İkinci Qarabağ müharibəsində son qoyulması, ədalətin bərpası, 30 ildə dünya güclərinin icra edə bilmədikləri BMT qətnamələrinin təkbaşına icra edilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu sübut etdi. Bu gün dünya gücləri, beynəlxalq ictimaiyyət erməni faşizminin məhv edilməsində həmrəylik nümayiş etdirməlidirlər.

İşğaldan azad edilmiş torpaqlarımızda, həmçinin Vətən müharibəsinin getdiyi dövrdə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərimizdə törətdilən vəhşiliklər, vandalizm illərdir Azərbaycan xalqının necə bir vəhşi ilə üz-üzə olduğunu dünyaya nümayiş etdirir. “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur” söyləyən dövlət başçısı, eyni zamanda, bu mesajı da ünvanladı ki, biz heç vaxt bölgədə erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

Salman Xəlilov,
Salyan rayon Piratman Gəncəli kənd tam orta məktəbin direktor əvəzi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024