Mobil versiya
Güclü külək İran bayrağını Azərbaycan ərazisinə düşürdü
Tarix: 02-02-2022 | Saat: 17:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Güclü külək İran bayrağını Azərbaycan ərazisinə düşürdü


Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb.

Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlan­mışdır.

İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilmiş, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılmışdır.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilmişdir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025