Mobil versiya
AzTV-nin İnformasiya Proqramları Studiyasının yeni direktoru Yunis Orucov oldu
Tarix: 02-02-2022 | Saat: 10:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

AzTV-nin İnformasiya Proqramları Studiyasının yeni direktoru Yunis Orucov oldu


aia.az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı, əməkdar jurnalist Yunis Orucov AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru təyin olunub. Bundan əvvəl o, direktorun müavini vəzifəsini icra edirdi.

Qeyd edək ki, Yunis Orucov Qərbi Azərbaycanda – qədim Uluxanlı mahalının Zəngibasar rayonunda dünyaya gəlib. Jurnalist fəaliyyətinə “Yeni Azərbaycan” qəzetində başlayıb, baş redaktorun müavini olub. 2006-cı ildən əmək fəaliyyətini AzTV-də davam etdirir. 2007-ci ildən etibarən Azərbaycan Prezidentini yerli və xarici səfərlərdə jurnalist kimi müşayiət edib.

Yunis Orucov müxtəlif mövzularda bir sıra sənədli filmlərin ssenari müəllifidir. Son illərdə “Jurnalist araşdırması” verilişi ilə tamaşaçıların xüsusi rəğbətini qazanıb. Ötən il işıq üzü görən “Nargin - saralmış kədər” tarixi romanının da müəllifidir.

Həmkarımıza fəaliyyətində uğurlar arzulayırıq!

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025