Mobil versiya
Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq
Tarix: 08-05-2016 | Saat: 22:13
Bölmə:Karusel | çapa göndər

Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq






Bir sıra insanlara yol veridiyi qayda pozuntuları, inzibati xəta və hətta cinayət əməlinə gör cərimə tətbiq olunur. Ancaq çox zaman insanlar bu cərimələri də ödəməkdən boyun qaçırırlar. Millət vəkilləri bunun qarşısını almaq üçün maraqlı təklif irəli sürüblər

Cərimələrini ödəməyən şəxslərə qarşı sərt addımlar atıla bilər. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə təklif irəli sürülüb.

Millət vəkili Elmira Axundova bildirib ki, adı çəkilən məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir.Amma cərimələr sərtləşdikcə onu ödəyən insanların sayıda azalır.

Millət vəkilin sözlərinə görə ölkədə aliment ödəməkdən imtina etmə hallarına tez-tez rast gəlinir. belə şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti tətbiq olunur. məhz bu qadağanı digər cərimləri ödəməyənlərə qarşıda tətəbiq etmək olar.

Millət vəkili hesab edir ki, bu cür hallarla mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar Məcəlləsinə yeni maddənin salınmalıdır. beləliklə cərimani ödəməyən insanlar bir sıra hüquqlardan məhrum edilməlidir.

Elmira Axundovanın sözlərinə görə bu təcrübə qonşu ölkə Rusiyada həyata keçirilir və effekt verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024