Mobil versiya
Sumqayıtda ikimərtəbəli evdə yanğın - 1 nəfər ölüb
Tarix: 24-01-2022 | Saat: 09:26
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda ikimərtəbəli evdə yanğın -


Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb.

aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024