Ana Sayfa > Ölkə > Sumqayıtda ikimərtəbəli evdə yanğın -
Sumqayıtda ikimərtəbəli evdə yanğın -24-01-2022, 09:26. Yazar: sevinc1 |
![]() Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb. aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kv.m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. aia.az Geri dön |