AZ RU Mobil versiya
80 min manat - Pərvin Abıyevanın tələb etdiyi məbləğ
Tarix: 21-01-2022 | Saat: 17:05
Bölmə:Şou-biznes | çapa göndər

80 min manat -

"Seriallar üçün çox uğursuz evlər seçilir. Dekor böyük rol oynayır. Gedib elə zövqsüz ev tapılır ki... Elə zövqsüz evlərdə seriallar, filmlər çəkilir ki... Türkiyədə serial, film çəkilən evlər gözəl olur. "Oskar" mükafatını belə geyimə, qrimə, musiqiyə görə verilir. Bizdə isə bunlara önəm verilmir".

aia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Deməsəm olmaz" proqramında deyib. Sənətçi hazırda film və serial sahəsində olan problemlərdən danışıb:

"Azərbaycanda 15-20 günə film çəkilir. Xaricdə isə elə film var onun çəkilişi 1 il davam edir. İnsanın maddi vəziyyəti o qədər pisdir ki, ayı 50 manata çəkilməyə razılaşır. Etməməlidirlər, özümüzə dəyər verməliyik. İnsanların 1 saniyə izlədiyini çəkmək üçün dörd gün belə gedir. Əsəb gedir. Mənim də belə anım olub. Qazandığım pul müalicəmə gedib: əsəbim və mədəm pozuldu. Çünki yemək də normal deyil, bəzən dönər, kolbasa-çörək gətirirlər. Mən tələbkar olmamışam. Deməmişəm, karavanım olsun, bunu gətirin. Anlayışlı insanam.

Son 10-12 ildə film sistemi düzgün qurulmadı. Yeyinti oldu və nəticədə bu cürdür. Fikirləşdilər ki, film sektoru uzun müddətdir qapanıb və indi kimi çağırsaq gələcək, elə də oldu".

Pərvin Xalq artistlərinin hazırda seriallarda çəkilməməsinin səbəbini açıqlayıb:

"Mehriban Zəki, Fəxrəddin Manafov böyük qonorar tələb edir. Onlar sənətkardır və özlərinə hörmət qoyurlar".

Aktrisa reklam üçün tələb etdiyi qonorarı açıqlayıb:

"Bir brendin siması olmalıyamsa, pandemiyadan əvvəl 100 min idi. İndi 80 min manatdır. İnstaqramda isə bir postu 3 min manata, hekayəni isə 500 manatdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

580 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022