Mobil versiya
Şəmkirdə “Zəfər Salnaməsi” adlı intellektual bilik yarışı keçirilib -Fotolar
Tarix: 30-10-2026 | Saat: 11:01
Bölmə:Özəl | çapa göndər

Şəmkirdə “Zəfər Salnaməsi” adlı intellektual bilik yarışı keçirilib

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəmkir Gənclər Evində “Zəfər Salnaməsi” adlı intellektual bilik yarışı keçirilib.

aiia.az xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, iştirak ediblər.

Ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən yarışın əsas məqsədi Vətən müharibəsi və Zəfər tariximiz, dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər haqqında bilikləri artırmaq, şagirdlərin vətənpərvərlik ruhunu gücləndirmək və istedadlı şagirdləri üzə çıxarmaq olub.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026