Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq DƏLƏDUZLUQ
Tarix: 30-10-2026 | Saat: 11:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sabiq icra başçısı Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
aia.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə Aruz Əliyev ifadə verib.
O bildirib ki, Babəli Babazadə və onun ailə üzvləri ilə əvvəlcə həkim-xəstə münasibətində olublar, lakin sonradan münasibətləri istiləşib, ailəvi gediş-gəlişləri yaranıb: "Babəlinin anasına ana demişəm. Babəlinin tanış olaraq birgə yaşadığı qız dərman içərək zəhərlənmişdi. Anası məndən xahiş etdi ki, ona köməklik edim. Mən də ona köməklik etmişəm. Mən Babəliyə qardaş kimi olmuşam. Hər dəfə dara düşəndə mən yanında olmuşam. O, içkili tutulub, mən danışaraq onu xilas etmişəm".
Aruz Əliyevin sözlərinə görə, Babəliyə ehtiyacı olduğu üçün 40 min dollar verib və ona heç bir qohumu sahib durmayıb, köməklik etməyib: "Mən həmişə onun yanında olmuşam, ona dayaq olmuşam. Babaəlini yaşadığı qız məhv edib, pullarını yeyib. Babəli qaldığı hotelin pulunu ödəyə bilməyib, onu oradan çıxarıblar. O, küçədə qalıb, ona yenə də mən yardım etmişəm".
Aruz Əliyevin ifadəsinə görə, Babəli Babazadənin torpaq sahəsinin satılmasında iştirak edib, amma sənəd olmadığı üçün satılması mümkün olmayıb:
"Daha sonra Babəli "Montin" adlanan ərazidə olan ofisin satılmasını istədi. Mənim də həmin alqı-satqıda iştirak etdiyimi istədi. Həmin dövrdə mənə başqa bir işlə bağlı etibarnamə vermişdi. Babəli Türkiyədə olduğu üçün məndən xahiş etdi ki, köməklik edim. Həmin obyekt də Babəlinin adına olmayıb. Obyekti satan da Nofəl idi. Nöfəlin kim olduğunu soruşanda mənə dedi ki, tanışımdır. Notariusun yanında soruşdular ki, sənə etibarnamə verilib. Mən də dedim ki, verilməyib. Bu söhbəti notarius da eşitdi, həmin zaman alqı-satqı alınmadı. Ümumiyyətlə obyektin qiymətləndirilməsini Babəli özü təklif etmişdi. Əvvəlcə obyekti başqa qiymətə, sonra isə 280 min manata satılmasını təklif etdilər. Mən də dedim ki, bu qiymətdən obyekt sahibinin xəbəri var? Dedim ki, obyektin bu qiymətə satılması düzgün deyil".
Arus Əliyev ifadəsində daha sonra bildirib ki, Babəli Türkiyədə fabriklə danışdığını, fındıq alveri ilə məşğul olacaqlarını deyib: "Həmin dövrdə mən Qəbələ rayonunda idim. O, mənim də həmin biznesdə iştirak etməyimi istədi. Mən də bununla razılaşdım, sərmaya qoymaq istədim. Hətta fındığın nümunəsini də göndərdik. Mən 220 min manat sərmayə qoydum. Həmin vaxt Babəli də pul qoymuşdu. Mən də sərmayə qoyduğum həmin məbləği Ehtiramdan almışdım".
Aruz Əliyev ifadəsində Türkiyədə Babəlinin Nofəl adlı şəxslə saxta pul alverinə girdiyini, sonradan onların işləri ilə maraqlanmadığını deyib.
Növbəti proses noyabrın 5-də davam edəcək.
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.
Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.
Aruz Əliyev özü həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi "Uniklinika"nın baş həkimi olub.
İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib.
O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.
Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb.
Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.
Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulublar. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi barəsində həbs qərarı verilib.
İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.
Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.
Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.
Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2026
09:26 Lavrov ABŞ-yə getdi