Mobil versiya
Azərbaycanda məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı
Tarix: 19-01-2022 | Saat: 17:18
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı

Tərtər rayonunda məktəbli qız qaçırılıb.

aia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025