Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı
Azərbaycanda məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı19-01-2022, 17:18. Yazar: sevinc1 |
![]() Tərtər rayonunda məktəbli qız qaçırılıb. aia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir. Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir. aia.az Geri dön |