Mobil versiya
Şeyx jurnalistləri təbrik etdi
Tarix: 21-07-2015 | Saat: 16:09
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Şeyx jurnalistləri təbrik etdi
"Qoy Uca Yaradan öz Lütfünü hər zaman sizlərin üzərində bərqərar etsin!".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Milli Mətbuatın 140 illiyi münasibəti ilə jurnalistləri təbrik edib.

Şeyx Mətbuat Şurasının sədri Əflatun Amaşovun simasında bütün Azərbaycan jurnalistlərini, mətbuat işçilərini peşə bayramını, Azərbaycan Milli mətbuatının yaranmasının 140-cı ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib. Allahdan onlara nəcib və şərəfli işlərində xeyir-dualar diləyib.

"Azərbaycanın milli mətbuatı, həqiqətən, çox şərəfli və mürəkkəb inkişaf yolu keçib. Bu yolda qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər hər zaman Vətənimizin tərəqqi və inkişafına xidmət edib. Milli mətbuatımız yarandığı andan etibarən özünün maarifçi ruhu ilə milyonların mənəvi intibahına, mədəni dirçəlişinə yardımçı olub. 140 illik inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilib.

Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur. Ulu öndər Heydər Əliyev Azərbaycan milli mətbuatının inkişafına böyuk önəm verirdi. Əminəm ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənablarının ali diqqət və qayğısı sayəsində milli mətbuatımızın tərəqqisi yönündə atılan əhəmiyyətli addımlar, göstərilən səylər, inşallah, bu sahədə daha böyük uğurlara rəvac verəcək.

Xalqımız və Vətənimiz üçün olduqca böyük dəyər kəsb edən milli mətbuatın inkişafı istiqamətində Azərbaycan Mətbuat Şurasının gördüyü işlər təqdirəlayiq və dəyərlidir. Belə ki, mətbuatın öz ilkin amal və məqsədlərinə uyğun şəkildə fəaliyyət göstərməsi, uca niyyət və məramlarına ehtiramla yanaşması, qələm əhlinin peşəkarlıq, səriştə və qərəzsizliyinin təmin olunması, jurnalist adının şərəf və ləyaqətinin qorunması kimi mühüm məsələlərdə ardıcıllıq və obyektivlik nümayiş etdirən Mətbuat Şurası Azərbaycan jurnalistikasının daha yüksək səviyyələrə qalxması işinə öz qiymətli töhfəsini verir.

Hamınıza Azərbaycanın şanlı jurnalistika məktəbinin ləyaqətli davamçıları olmağı, əlinizdəki qələmin müqəddəs olduğunu heç zaman unutmamağı və xalqımızın milli-mədəni, dini-əxlaqi dəyərlərinə, mənəvi irsinə daima sadiq qalmağı Allahdan diləyirəm. Qoy Uca Yaradan öz Lütfünü hər zaman sizlərin üzərində bərqərar etsin!".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə