130 manat verdi... olmayan orqanının "normada" olduğunu dedilər - Klinikadan ŞİKAYƏT
Tarix: 26-11-2021 | Saat: 14:06
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Redaksiyamıza "Atlas" klinikası ilə bağlı şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, şikayətçi Çingiz Əsədov yoldaşını "Atlas" klinikasına müayinə üçün aparıb və yoldaşının bir uşaqlıq borusunun olmamasına rəğmən, müayinənin cavabında hər iki uşaqlıq borusunun normal olduğunu qeyd ediblər.
Şikayətçi bildirir ki, yoldaşının uşaqlıq borusunun birini 8 il əvvəl əməliyyatla çıxarıblar:
"Qəbul üçün 130 manat məbləğində pul ödədim. Yoldaşımın analığının fəsadlarını yoxlamalıydılar. Onu aidiyyəti yoxlanış otağına aparıb müayinə etdilər. Təxminən 30 dəqiqədən sonra guya dəqiq diaqnoz yazıb, bizə rəy verdilər. Həmin rəyi bizi "Atlas" klinikasına göndərən həkimin yanına apardıq. Gülməli diaqnoz yazmışdılar. Qeyd edilmişdi ki, "hər iki uşaqlıq borusu izlənilir". Amma əslində sağ boru 8 il əvvəl cərrahi əməliyyat edilərək götürülüb. Klinikanın verdiyi yalan diaqnoz bizi çox əsəbiləşdirdi. İnsanları soyurlar və saxta diaqnozlar verib aldadırlar.
130 manat pulum da boşuna getdi. İndi biz başqa bir klinikaya getməyə, yenidən pul ödəyib yoxlanışdan keçməyə məcburuq. Xahiş edirəm ki, bu şikayəti işıqlandırın. Heç kəs bu cür hal yaşamasın. Uşaqlıq borusunu əməliyyatla götürən cərrah diaqnozu oxuyub gülürdü: bu qədər kordular ki, olmayan bir şeyi varmış kimi qeyd ediblər?"
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024