Mobil versiya
Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Tarix: 26-11-2021 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

aia.az-ın məlumatına görə bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində paylaşımda bildirilib.

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”- paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024