Tovuz regional “ASAN xidmət” mərkəzində qurultay hədəfləri müzakirə olunub. -Fotolar
Tarix: 29-10-2026 | Saat: 14:36
Bölmə:Ölkə | çapa göndər

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz regional “ASAN xidmət” mərkəzi ərazi partiya təşkilatının sədr müavini Aqşin Qurbanov və partiya fəalları iştirak ediblər.
aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədr müavini Aqşin Qurbanov qonaqları və iştirakçıları salamlayaraq YAP-ın VIII Qurultayında müəyyən olunan əsas fəaliyyət istiqamətlərindən, partiyanın gələcək hədəflərindən və qəbul olunan qərarların həyata keçirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.
Rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi əhəmiyyətindən, qurultayda qarşıya qoyulan prioritetlərin Azərbaycanın davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və partiyanın gələcək fəaliyyətinin təşkili baxımından mühüm rol oynadığını bildirib.
Natiq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərindən, güclü ordumuzun ölkənin təhlükəsizliyinin təmin olunmasındakı rolundan, əhalinin sosial rifahının yüksəldilməsi, əməkhaqları və pensiyaların artırılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Eyni zamanda, milli maraqların və ideoloji təhlükəsizliyin qorunması, informasiya təxribatlarına qarşı mübarizənin gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, partiya üzvlərinin fəallığının artırılması və dövlətçilik prinsiplərinin təbliğinin vacibliyini vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər