“Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi hazırlanıb -Fotolar
Tarix: 29-10-2026 | Saat: 18:31
Bölmə:Siyasət / Parlament | çapa göndər

Oktyabrın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib. İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və hüquqi əsaslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazasının davamlı şəkildə gücləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın artırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə risklərinin azaldılması və ictimai mənafenin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev maraqlar toqquşmasının hüquqi tənzimlənməsinin dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirib. Onun sözlərinə görə, qanun layihəsi korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı hüquqi mexanizmlərin gücləndirilməsinə, ictimai mənafenin qorunmasına və dövlət idarəçiliyində dürüstlük prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.
Komitə sədri qeyd edib ki, qanun layihəsinin əsas üstünlüklərindən biri maraqlar toqquşmasının doğurduğu risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması üçün hüquqi çərçivə yaratmasıdır. O bildirib ki, başlıca prinsip şəxsi maraqların ictimai mənafedən üstün tutulmasının qarşısını almaq, vəzifə səlahiyyətlərinin qərəzsiz və qanunauyğun həyata keçirilməsini təmin etməkdir.
Vurğulanıb ki, maraqlar toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizənin mühüm qabaqlayıcı mexanizmi olmaqla, dövlət idarəçiliyində dürüstlüyün, şəffaflığın və vəzifə məsuliyyətinin gücləndirilməsinə, ictimai mənafeyin üstün tutulmasına xidmət edir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qanun layihəsi barədə məruzə ilə çıxış edib. O bildirib ki, sənəd hazırlanarkən beynəlxalq maliyyə və iqtisadi qurumların, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların tövsiyələri və xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınıb. Yeni qanun layihəsinin əsas fəlsəfəsi cəzalandırmaqdan daha çox, maraqlar toqquşmasının qarşısını əvvəlcədən almaq və belə halların düzgün idarə olunmasını təmin etməkdir. Onun sözlərinə görə, sənəd preventiv xarakter daşıyır və vəzifəli şəxslərin xidməti vəzifələrini qərəzsiz yerinə yetirməsinə, qərarların şəxsi maraqların təsiri altında qəbul edilməsinin qarşısının alınmasına xidmət edir.
Bildirilib ki, qanun layihəsində maraqlar toqquşmasının qarşısının alınması, belə hallar aşkar edildikdə onların həlli və nəticələrinin aradan qaldırılması mexanizmləri, habelə vəzifəli şəxslər üçün nəzərdə tutulan məhdudiyyətlər və qadağalar ətraflı tənzimlənir. Xüsusilə hədiyyələrin qəbulu, kənar fəaliyyətlə məşğul olmaq, maliyyə xarakterli məlumatların bəyan edilməsi və xidməti mövqedən şəxsi maraqlar naminə istifadə olunması ilə bağlı konkret qaydalar müəyyən edilir. Qeyd edilib ki, maraqlar toqquşması ehtimalı ilə üzləşən vəzifəli şəxslər belə halların qarşısını almaq məqsədilə aidiyyəti subyektlərdən konfidensial məsləhət ala biləcəklər.
Sonda vurğulanıb ki, qanun layihəsinin qəbul edilməsi maraqlar toqquşmasının tənzimlənməsi sahəsində vahid və aydın hüquqi çərçivənin formalaşmasına, dövlət qulluğunda etik davranış və şəffaflıq prinsiplərinin möhkəmlənməsinə, korrupsiya risklərinin azaldılmasına və ictimai mənafeyin daha etibarlı qorunmasına töhfə verəcək.
Layihənin müzakirəsində hər iki komitənin üzvləri - Hikmət Məmmədov, Erkin Qədirli, Gülşən Paşayeva, Mübariz Qurbanlı, Qaya Məmmədov, Rizvan Nəbiyev, Aydın Mirzəzadə çıxış edərək fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Komitə sədrləri Əli Hüseynli, Arzu Nağıyev və Ədliyyə Nazirliyi Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov qaldırılan məsələlərə münasibət bildiriblər.
Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Kamran Bayramov, Nurlan Həsənov, Azay Quliyev, Bəhruz Məhərrəmov, Elman Məmmədov, Ramid Namazov, Səbinə Salmanova, Mahir Süleymanlı, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər