Rusiya nefti Çinə də baha gəldi – Pekin alternativ axtarışına başladı
Tarix: 29-10-2026 | Saat: 21:32
Bölmə:Özəl | çapa göndər

Rusiyanın Asiya bazarına ixrac etdiyi neftin bahalaşması Çin neft emalı müəssisələrini alternativ təchizat mənbələrinə üz tutmağa vadar edir.
“Bloomberg”in məlumatına görə, Rusiyanın ESPO markalı xam neftinin qiymətinin artması fonunda Çin zavodları Anqola, Ekvatorial Qvineya və Braziliyadan neft alışını genişləndirirlər.
Avqustun sonunda Rusiya nefti Asiya bazarında “Brent” markalı neftdən təxminən 5 dollar baha satıldığı halda, sentyabrın sonunda bu fərq bir barel üçün 30 dollara qədər yüksəlib.
Sonradan qiymət fərqi təxminən 20 dollara ensə də, digər ölkələrdən tədarük edilən neft Çin şirkətləri üçün rəqabətədavamlı olaraq qalır.
Dəniz daşımalarının ucuzlaşması Afrika və Cənubi Amerikadan neft idxalını daha sərfəli edib. Bu isə Çin müəssisələrinə təchizat mənbələrini şaxələndirmək imkanı yaradır.
Çin uzun illərdir Rusiya neftinin əsas alıcılarından biri hesab olunur. Lakin qiymət üstünlüyünün itirilməsi bu əməkdaşlığın kommersiya baxımından cəlbediciliyini azalda bilər.
Analitik qiymətləndirmələrə əsasən, Çin zavodlarının alternativ bazarlara yönəlməsi Moskvanın neft ixracı gəlirlərinə əlavə təzyiq yarada bilər. Bununla belə, söhbət Çinin Rusiya neftindən tam imtinasından deyil, bəzi emal müəssisələrinin alış istiqamətlərini dəyişməsindən gedir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər