Ana Sayfa > Siyasət > Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycan XİN Rusiyaya başsağlığı verib26-11-2021, 10:30. Yazar: sevinc1 |
![]() Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib. aia.az-ın məlumatına görə bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində paylaşımda bildirilib. “Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”- paylaşımda qeyd edilib. Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb. aia.az Geri dön |