Mobil versiya
Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib
Tarix: 23-11-2021 | Saat: 17:55
Bölmə:Gündəm | çapa göndər

Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib


Qarabağda erməni milliyətindən olan bir şəxs azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Qarabağdakı separatçılara istinadən məlumat yayıb.

Bildirilir ki, noyabrın 23-də səhər tezdən Xocavənd rayonunun Aşan kənd sakini, 2000-ci il təvəllüdlü M.M. yolu azıb.

Sonradan məlum olub ki, Qarabağ ermənisi Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.


Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. M.M-nin geri qaytarılması üçün danışıqlar aparılır.

Həmin şəxsin diversant ola biləcəyi ehtimalı da var. Mümkündür ki, erməni tərəfi onu mülki şəxs kimi təqdim edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025