Ana Sayfa > Gündəm > Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib
Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib23-11-2021, 17:55. Yazar: sevinc1 |
Qarabağda erməni milliyətindən olan bir şəxs azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Qarabağdakı separatçılara istinadən məlumat yayıb. Bildirilir ki, noyabrın 23-də səhər tezdən Xocavənd rayonunun Aşan kənd sakini, 2000-ci il təvəllüdlü M.M. yolu azıb. Sonradan məlum olub ki, Qarabağ ermənisi Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib. Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. M.M-nin geri qaytarılması üçün danışıqlar aparılır. Həmin şəxsin diversant ola biləcəyi ehtimalı da var. Mümkündür ki, erməni tərəfi onu mülki şəxs kimi təqdim edir. aia.az Geri dön |