Mobil versiya
Keçmiş futbolçu öz ölümünü saxtalaşdırdığı üçün həbs edilib
Tarix: 18-11-2021 | Saat: 09:17
Bölmə:İdman | çapa göndər

Keçmiş futbolçu öz ölümünü saxtalaşdırdığı üçün həbs edilib

Almaniyanın "Şalke 04" klubunun keçmiş futbolçusu Hiannik Kamba dələduzluq ittihamı ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə WAZ portalı xəbər verib.

Bildirilib ki, 2015-ci ildə futbolçu və həyat yoldaşı sığorta vəsiqəsini alıblar. Egər onlar hər hansı xoşağəlməz hal nəticəsində ölərsə sığortanın məbləği ikiqat arta bilərdi. Altı ay sonra H.Kambanın DR Konqoda qəza nəticəsində öldüyü deyilib və həyat yoldaşı 1,2 milyon avro alıb. O, həmçinin keçmiş futbolçunun işəgötürənindən 100 min avro alıb.

2018-ci ildə H.Kamba Almaniyanın Konqo Demokratik Respublikasındakı səfirliyinə gələrək bildirib ki, həyat yoldaşı və anası onun qaçırılmasını təşkil edib və o, yalnız indi xilas oluna bilib.

Almaniyanın Essen şəhərinin məhkəməsi onun qaçırılması hekayəsinə inanmayıb və H.Kambanı həbs cəzasına məhkum edib. Onun həyat yoldaşı da 3 il 10 ay müddətinə həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024