Ana Sayfa > İdman > Keçmiş futbolçu öz ölümünü saxtalaşdırdığı üçün həbs edilib
Keçmiş futbolçu öz ölümünü saxtalaşdırdığı üçün həbs edilib18-11-2021, 09:17. Yazar: admen |
Almaniyanın "Şalke 04" klubunun keçmiş futbolçusu Hiannik Kamba dələduzluq ittihamı ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə WAZ portalı xəbər verib. Bildirilib ki, 2015-ci ildə futbolçu və həyat yoldaşı sığorta vəsiqəsini alıblar. Egər onlar hər hansı xoşağəlməz hal nəticəsində ölərsə sığortanın məbləği ikiqat arta bilərdi. Altı ay sonra H.Kambanın DR Konqoda qəza nəticəsində öldüyü deyilib və həyat yoldaşı 1,2 milyon avro alıb. O, həmçinin keçmiş futbolçunun işəgötürənindən 100 min avro alıb. 2018-ci ildə H.Kamba Almaniyanın Konqo Demokratik Respublikasındakı səfirliyinə gələrək bildirib ki, həyat yoldaşı və anası onun qaçırılmasını təşkil edib və o, yalnız indi xilas oluna bilib. Almaniyanın Essen şəhərinin məhkəməsi onun qaçırılması hekayəsinə inanmayıb və H.Kambanı həbs cəzasına məhkum edib. Onun həyat yoldaşı da 3 il 10 ay müddətinə həbs edilib. aia.az Geri dön |