Mobil versiya
Türkiyə gələcəyin silahını yaradır - Müdafiə Sənayesi İdarəsinin sədri
Tarix: 05-11-2021 | Saat: 08:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə gələcəyin silahını yaradır - Müdafiə Sənayesi İdarəsinin sədri

Türkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahını yaradır.

Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir ASELSAN şirkətinin təşkil etdiyi “Gələcəyi bu gün layihələndir” mövzusunda seminarda çıxışı zamanı deyib.

İ.Dəmir bildirib ki, Türkiyənin müdafiə sənayesi qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah tələbatları vaxtında ödəməyə çalışır.

Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, ASELSAN və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.

İ.Dəmir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında balansın vacibliyini dəfələrlə vurğulayıb.

O əlavə edib ki, təsisçi şirkətlər və ya dövlət iştiraklı şrikətlər strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektor və kiçik və orta müəssisələr üçün yol açmalıdırlar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025